
letra de əzizim - brilliant dadaşova
[bənd 1]
saçlarının rəngi payızdır
gözlərinin rəngi dəniz
almaya bənzər yanağınla
ay üzün aydan da təmiz
[keçid]
qönçə dodaqlarda gülüşlər
yenə gözlərimə görünsün
məni məndən alan öpüşlər
yenə ətrafıma bürünsün
qönçə dodaqlarda gülüşlər
yenə gözlərimə görünsün
məni məndən alan öpüşlər
yenə ətrafıma bürünsün
[nəqərat]
günləri saydım, sənə çatdım, əzizim
dərdi-qəmi başımdan atdım, əzizim
yuxuna gəlmək üçün, üzünü görmək üçün
tək səni fikirləşib yatdım, əzizim
günləri saydım, sənə çatdım, əzizim
dərdi-qəmi başımdan atdım, əzizim
yuxuna gəlmək üçün, üzünü görmək üçün
tək səni fikirləşib yatdım, əzizim
[bənd 2]
yandırır atəşli baxışlar
gör, necə qəlbim közərir
hər baxışından ürəyimdə
bir yeni dünya düzəlir
[keçid]
qönçə dodaqlarda gülüşlər
yenə gözlərimə görünsün
məni məndən alan öpüşlər
yenə ətrafıma bürünsün
qönçə dodaqlarda gülüşlər
yenə gözlərimə görünsün
məni məndən alan öpüşlər
yenə ətrafıma bürünsün
[nəqərat]
günləri saydım, sənə çatdım, əzizim
dərdi-qəmi başımdan atdım, əzizim
yuxuna gəlmək üçün, üzünü görmək üçün
tək səni fikirləşib yatdım, əzizim
günləri saydım, sənə çatdım, əzizim
dərdi-qəmi başımdan atdım, əzizim
yuxuna gəlmək üçün, üzünü görmək üçün
tək səni fikirləşib yatdım, əzizim
yuxuna gəlmək üçün, üzünü görmək üçün
tək səni fikirləşib yatdım, əzizim
letras aleatórias
- letra de snoop friend - mc snoop
- letra de life offline - flam boy
- letra de prom king never sober - albert parisien
- letra de lois de la rue #1 - alpha zeleph
- letra de broke love - hotel books
- letra de vs. aytee [halbfinale jbb 2014] - laskah
- letra de gingerale - maudlin strangers
- letra de bleed - lo key
- letra de we fall - emmanuel jal
- letra de 참고 살아 (be...) - dynamic duo