letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de şərqi - badclause

Loading...

verse1:
deyirlər bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət
nə vaxtsa çıxarar qabağıma səni keçdiyimiz küçələr
heç vaxt danışmasaq da, arada xətir soruşarıq əlbət
çünki, davam eləyir hələ də, həmişəki içkili gecələr

tuta bilmir heç bir budaqdan, daha yorulub əllərim
sənsiz hallarımın ilki ayıq, sonu gicəllənir
tüstü tüstünün dalıyca dolub soyudur əsəbi
qəlbimə xəyanət olsa da, bilə-bilə unuduram səni

başqası var idi həyatında, mənlə idin hərfiyən
dodaqların deyən yalanı gözün bir təhər deyər
sən mənə vida cümləsi, mən isə sənə şərqiyəm
nə mən deyən olmadı, yar, olmadı nə də sən deyən

… nə vaxtsa dərdə bürünsən denən
yenə də yanına gələrəm inan, amma bir azca səbr elə
əllərimi buraxsan da, məni qəlbinə həbs elə
bunu sevgidən sayaram məni qəsdən öldürsən belə

chorus:
al mənim əllərimdən
yazdığım sətirləri, yandır
dayanma… ümid yox
bildiyim hər şeydən usandım
divardan asılmış şək!llər
ətrini gətirməz küləklər

verse2:
onun saçlarında külək, gözündə nəm, yanağı buzdan
mənim eşqim – qırıq qələm, vərəq, qəlbimdə ahu-zar
sən intizarımdan uzaq, özgə xəyallarına dustaq
əgər məhəbbət budursa, izahına tək mənəm ustad

qəlbimdəki sarayımı görməyib heç bir memar
bir vaxt sevdiyin ruh, indi cəsəd, üstü tikili ehram
məni tapa biləsən deyə yollarına gül düzür hər hecam
və haqq yox ağlamağına, qələm alırsa səndən ilham

nədir bu naz mənə, bu nə işvə, nə əda, bu nə eyham?!
səndən toy-nişan xəbərləri gələcək, məndən edam
nə gərək idi ki, könül bağçaların elədin viran
axı, bizə qocalmağa bəs edərdi közərən ocaq, bir dam

… itirir bütün hissləri bir məqamda insan
onda tək qalırsan, yanında özündən özgə kim var?
məcnun olsa yerimdə o da, ümidlərin üzər daha
-nə edim mən dili bimar məni sevmirsə gözəl yar?

letras aleatórias

MAIS ACESSADOS

Loading...