letra de yuxu - badclause music
[bənd 1]
bilirsən, bəzən özümdən belə bezirəm
anlamadığın hər cümlə – mənim şeiriyyatım
amma başa düşməyinçün bilirəm tezdir hələ
nə olar bir saatlıq çıx ağlımdan, bir az yatım
yağış gözəldir, amma ki, sənlə birgə islananda
hər cümləyə aşiqəm mən, amma ki, sənlə başlayanda
şairin şeiri əbədi, dərya yanda, daş bir yanda
mən hər dəqiqə darıxıram, sən də darıx boş dayanma
ulduzlar səpilib səmaya günahlarım kimi
hər gecənin bir gündüzü var, məndə yoxdur hələ ki
icazə ver çıxım gedim, yolumdan çəkil
incimə – qayıdacağıma söz verə bilmirəm ki
yazdığın hər cümlə ağrı verir sabahlarda
yoxluğunda əvəzsizsən, yerini vermir sabahlar da
bir gün məni düşünüb oyan, yuxularına et qonaq da
yaxın vaxtda rədd olacam, bunu da saxla bir qıraqda
ürəyim ümid gülüdür ləçəklərdə dözüm solur
o qədər üzünə gülmüşəm ki, elə bilirsən gözüm dolmur
məhəbbət elçisi gəlirdi, dəli şeytan kəsdi yolun
xeyrə saydığın gecənin şərindən adın əskik olmur
[nəqərat]
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr
[bənd 2]
yolumuz çətinləşir yarım daşdır yarım cığır
sevgini tapdığın kəsin boş otaqda adın çığır
elə bir ürəyim var – bir şairin eşqi sığır
bir də heç vaxt doldura bilməz özgəsi yarımçığın
eşqin çəkir məni bataqlığına getdikcə
gecələr daha yaxın idin şək!llərini sevdikcə
toxunuşlar toza dönürdü ovuclarda itdikcə
sən payızda daha gözəlsən üstümə külək əsdikcə
biz tələsdikcə, ölüm üzümüzə ani gəlir
əcəlimdən öncə gəl, qoy xoş olsun aqibətim
adəmi həvva kimiyik, bu eşqə saf niyyətim
təki sən şirinim ol və denən ki, fərhadı gətir
əvvəllər biz bir idik, gərək sevgi əbədi qala
yaxşı-pis günüm keçir xəstəliklə sağlığımla
19 ildir varam, 19 ildir sağam
19 illik varlığımla içirəm sağlığına
günahın çoxdur, yaman incitmisən
mən keçərəm eybi yoxdur, gərək allah bağışlasın
deyirlər aşiq özünə əzab eləyər, amma mən
adını qoluma cızmadım ki, qan çirkinə bulaşmasın
gözlərin gülsün, gözəl üzündən təbəssüm axsın
mən heç vaxt istəmərəm, özgəsi səni ələ alsın
başqasını da axtarma ki, səni evə kimi yola salsın
mənə elə bir şair denən – hər sətrini sənə yazsın
[nəqərat]
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr
letras aleatórias
- letra de demon's pact - taus
- letra de easy to love - michael warren
- letra de save me! - keizer léon
- letra de cicatrices - lil willy 666
- letra de out of time - noah gundersen
- letra de break beat - maury b
- letra de buio cosmico - priestess
- letra de ausgeträumt - subway to sally
- letra de dziki zachód - pierwszy wers(prod. mixla) - hfdsai
- letra de stupid, tired, useless - leon vegas