letra de üz cizgilərin - badclause music
[bənd 1]
mənim sənlə heç xatirəm olmayıbdır, olmayacaq da
inan ki, səmimiyyət gözəl şeydir, olmaya saxta
bu sevgi səmadır və mən yanında parlayan günəş
sən elə bir buluda dön ki, səcdə eləsin üstünə dağlar
yazıram tək sən haqda, şək!llərinə meyil edərək
dalbadal vurar damğanı, darmadağın edər fələk
o qədər sifət var ki, içi zibildir üstü bəzək
öldürdüyün ümidlərimin arada bir qəbir üstünə dəy
“gəl evlənək…” deyərdim, amma yaşım azdır
mən səni görüşməyə çağıranda da boş olmazdın
şair yazır həmişə səni yazmasa xoş olmazdı
gərək mənlə yarım qalardın ona-buna qoşulmazdın
qoca dərviş azıb yolunu, bax indi yolsuz
sevgi işarəsi də dəyişməyib qalıbdır sonsuz
bədənimi təmizləyim, qoy bu şeir qanımda donsun
gözləyəcəm həmin kafedə, gəlməsən də canın sağolsun…
[nəqərat]
onun üzü gülür, amma gözü yol çəkir
yenə bax cibimdə qalıb o şəkil
birgə gəzmişdik yadımda o səki
onun üzü gülür, amma gözü yol çəkir
onun üzü gülür, amma gözü yol çəkir
yenə bax cibimdə qalıb o şəkil
birgə gəzmişdik yadımda o səki
onun üzü gülür, amma gözü yol çəkir
[bənd 2]
gözümdən axan sənsən, arzularım batan göldür
eşqin ocağı yenicə alovlanmışdı ki, haçan söndü?
düşüncə tər-təmizdi, sevirəm səni pak ürəklə
sənə ac gözlə baxarkən hər beş oğlanın dördü
önümdə soyuq kofe, xatirəmdir gecədən
inan, heç yadımda deyil, dünən gəlmişəm evə neçədə
sevgi təkcə üzünü soldurmur, çöküntü verir içə də
bütün ağrılarımı unutmaqçün bu gecə də yenə içəcəm mən
əlindən gələcək hər bir bəla məndə candan çıxdı
demişdim o vaxtı sənə “qəlbi gəl al”, yaddan çıxdı…
şeirdə varıydı cah-calal, əvəzi yardan çıxdı
tanrı bir üz veribdir sənə, o biri harda çıxdı?!
gəldiyim ayrı məkan və duyduğum səhv ətirdi
gah nala, gah mıxa vurduq və heçnə düz gətirmir
5 əsrlik sevgini 5 dəqiqədə məhv elədin
mənə dedin ki, “xoş gəlmişdin həyatıma. xoş get indi!”
[nəqərat]
onun üzü gülür, amma gözü yol çəkir
yenə bax cibimdə qalıb o şəkil
birgə gəzmişdik yadımda o səki
onun üzü gülür, amma gözü yol çəkir
onun üzü gülür, amma gözü yol çəkir
yenə bax cibimdə qalıb o şəkil
birgə gəzmişdik yadımda o səki
onun üzü gülür, amma gözü yol çəkir
letras aleatórias
- letra de underdog - medium build
- letra de wong edan kuwi bebas - syahiba saufa
- letra de energy - garren
- letra de live a little - drew seeley
- letra de welcome to a fucked up world - stormy heallven
- letra de lanti - nuk osht leht ft. kaveh - lanti
- letra de kad ēģiptē sniegs - tumsa
- letra de perde - ahiyan
- letra de hall of fame - zzsnaps
- letra de vivo agradecido - danilo ordoñes