letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sevgilər - badclause music

Loading...

[bənd]
…deyəsən özümdə deyiləm
sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm
əvvəl ömür-günün idim, indi könlündə deyiləm
sənlə ağlaram amma inan güləsi gündə deyiləm

geridə qalan xatirələrin intizarıyam
bəlkə də o vaxtı məni sevən ürəyin tək günahıyam
özümdə qərq olub itdiyim yuxunun oyaq halıyam
mənimi məndən alıb gedən kəsin son vidasıyam (bəlkə)

illər öncəsində qalmışam bu yorğun halımla
sevgini anlamayıb istifadə etdik adından
keçmişin unudan kəsin ilk mən çıxıram yadından
geriyə elə bir eşq qalıb ki, tam ayrılıq dadında

heç nə gəlmir əldən nə də, zaman rəhm edə bilmir
o qədər aldadılıb, zalım eşqi şərh edə bilmir
insafına düşən ləkə heyif ki, göz yaşıyla silinmir
çün, mənə etdiklərinə görə o özünü əfv edə bilmir

… intizarı bilinir hərdən
mən onda uşaqlığımı, o saflığını itirib məndə
biz bir-birimizə əksik, ağ-qara kimiyik sənlə
və həmişə birini ağladır həyat, o birini güldürəndə
arada soyuqluğun,uzaqlığın, ruhun hər naxışı itib
insanlığı var idi, o da sevgiyə qarışıb itib
taleyimlə barışıq idim, ölsə də mənə qarşı kini
əsla bağışlamayacam onu bunu o məndən yaxşı bilir

bütün varlığımla burdayam, vərəqsiz qələmsizəm
məhəbbətimi haqq sanardım həmişə, bu gün tərəfsizəm
səbrsizəm bir azca, şeirlərdəki adam deyiləm
gedirəm bir dəfəlik daha geri qayıdan deyiləm

[nəqərat]
məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida (əlvida, əlvida)

məni boğur bu şəhər, bu insanlar
məni yorur bu şeir, bu misralar
gedirəm bir sabah qayıtmamaq ümidiylə
gedirəm, əlvida, əlvida, sevgiylə…

letras aleatórias

MAIS ACESSADOS

Loading...