letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sən heç ona bənzəməsən də - badclause music

Loading...

[bənd 1] [badclause]
bir ev var idi, o evdə biri var idi, biri yox
biri yaş idi, biri toz, biri ilk idi, biri son
itirmişdi izi yol, axı tapa bilmədim onu. yox!
amma sevdim səni mən, sən heç ona bənzəməsən də

mənə görə bəzənməsən də gəl, gözümün üstü sənin
kimə görə bəzənmisənsə, o kəs də üzdü səni
sənsizliyi üzümə vurdu güzgülərim
və yordu hüznün məni, sən heç cür ona bənzəməsən də

mən “getmə” deyirdim, sən də gözləməliydin
“sevmə” deyirdin, düzdür, sevməməliydim
amma mən həmişə sanırdım ki, əbədi könlündəyəm
illər sonra önündəyəm, həminki adama bənzəməsəm də

yaşadım hər günü sənlə, yaşadıb xatirələrdə
gedəndə demişdin ki, ətri gözəl hər gülü dərmə
inan ki, sənlə ağlamaz nə vaxtsa, sənlə gülənlər
olma hər kəs kimi, özgələrinə bənzəmə sən də

[nəqərat] [ali ashikar]
ömrümdən ömrümü alıb
getsən də dönməsən mənə
özgəsində könlüm qalıb
sən heç ona bənzəməsən də

yaşanmışdı gör nələr-nələr
gözlərində “əlvida” nədən?
sevdim səni gizlədikcə mən
sən heç ona bənzəməsən də

[bənd 2] [ali ashikar]
bir ev var idi, o evdə biri var idi, biri yox
bir yer var idi, o yerdə ayırmışdı bizi yol
gözəl yar idi, sevərdi istədiyim kimi o
sən də sevirsən məni, ona bənzəməsən də

bu könül istəsə belə səndən ayrı qala bilməz
su tökər hisslərim ardınca, de gəl dinə bilməz
qədrimi bilə bilməz, sən kimi sevə bilməz
sən kimi sevə bilsəm kaş, sən heç ona bənzəməsən də

yaraşmırdı barmağına üzük, əyninə gəlinlik
yarışmırdı saniyələr, nə sənlikdir, nə mənlik
bitdi bir dəfəlik, ayrılmaq istəməsək də
sən mənə çox yaraşırsan ona heç bənzəməsən də

əlimdə dəstə güllər gəlmişəm ki, könlün alım
gör nə qədər zaman keçib, daha eləmişik ömrü yarı
bircə söz de, qalım, bu ürək közdə yanır
sevərəm səni sənin qədər, sən heç ona bənzəməsən də

[nəqərat] [ali ashikar]
ömrümdən ömrümü alıb
getsən də dönməsən mənə
özgəsində könlüm qalıb
sən heç ona bənzəməsən də

yaşanmışdı gör nələr-nələr
gözlərində “əlvida” nədən?
sevdim səni gizlədikcə mən
sən heç ona bənzəməsən də

letras aleatórias

MAIS ACESSADOS

Loading...