letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de şəhər və şər - badclause music

Loading...

[bənd 1: badclause]
həmişə arzum olub ki
gördüyüm işlərdə özümü doğruldum
atam boş yerə vaxt sərf elədiyimi düşünüb
əziyyətimə heyfislənməsin

həmişə yaxşı biri olmağa çalışmışam ki
dostlarımdan geri qalmayım
yanlarında üzüağ olum
səhv eləsəm belə, heç biri hirslənməsin

həmişə arzum olub ki
kiməsə dəyərli olduğun hiss elətdirim
ona görə münasibətlərdə daha çox
sevən tərəf olmağı üstün tutmuşam

həmişə arzum olub ki
yanımda bəzənən mənim üçün bəzənsin
amma indiyə kimi bəzənənlər çıxıb gedib
mən isə tək güzgünü tutmuşam

həmişə arzum olub ki, atam kimi ata olum
anamtək ədəb-ərkanlı bir xanım olsun yanımdakı
övladımın tərbiyəsinə şübhəm olmasın

heç vaxt artığın diləməmişəm, heç olmasa
evə gələndə çörək almağa bəs edəcək qədər
pulum olsun ki, kefimiz aclıqdan pozulmasın
həmişə arzum olub ki
nəyimi itirsəm də, vaxtı itirməyim
vaxt dəyərlidir, vaxt əvəzolunmazdır
ömür xəzinəsi artır saniyələrlə

həmişə arzum olub ki
kimisə nöqtə qoyası həddə gətirməyim
bir üzrlük yolumuz qalsın
lap bağlasalar belə önümüzü maneələrlə

həmişə arzum olub ki
hədəflərimə doğru irəliləyim, o yolda
səhvlərim olacaqsa belə, özüm dərs çıxarım
bunu mənə heç kəs demədən

həmişə arzum olub ki
nəyisə qazanmağa imkanım olmasa da
əlimdəkiləri qoruyub saxlayası ağlım olsun
bu qədəri bəsdir mənə

[nəqərat: şahin əlizadə, badclause]
arzular, arzular daşa dönür bu şəhərdə
(ümidlər ölmüş, bəzəkli örtülər)
insanlar soyuq, küçələrsə buz səhərlər
(intihar görən eyvan və körpülər)
qayğılar, qayğılar daşa dönür bu şəhərdə
(simalar yadlaşır gündən-günə)
insanlar soyuq, küçələrsə buz səhərlər
(ocaq sönür, dönür közlər külə)

[bənd 2: badclause]
həmişə arzum olub ki
qarşımdakı bədbinliyi mənimsəməsin
bəsit hisslər bizi pis edə bilər axı
paxıllıq etməsin və kin bəsləməsin

varsa da, hərə dağıtsın öz tələsin
bir-birilərini gülüşlə sövdələsin
dilimiz susacaqsa da belə, qoy
soyuq baxışlarımızı min söz bələsin

həmişə arzum olub ki
vida məktubuna sığa bilməyəcək qədər
böyük bir məhəbbətə aid olum
və qələmin belə gücü çatmasın onu yazmağa

həmişə arzum olub ki
tək arzuda yox, əməldə də tapsın öz əksini
dilədiyim bu sehirli duyğular
haqqımız olmasın heç bunu danmağa
bulud ağlamaz, gözüm yağdırarsa
yağmuru quru damlara
ömür-günümü həsr edirdim utanmadan
məni xatırlamağı unudanlara

sevgilim ayrılıb və ağlı gedir hələ də
başımın boş olduğu vaxtlara
könlün alacağıma inanıram yolu darmacal olsa da
ömrün sonu varmadan

boş sevgilərlə dolu yarımada
onun da səhvləri olub hardasa
kaş nifrətini boğub saxlasa
və daxilində qüruru oyanmasa

sinə qəfəsimsə yolundan da dar
gər görünməsə qış sonundan bahar
axı bir vaxt deyirdin – hara getsən, yanındayam!
tut qolumdan apar…

[nəqərat: şahin əlizadə, badclause]
arzular, arzular daşa dönür bu şəhərdə
(ümidlər ölmüş, bəzəkli örtülər)
insanlar soyuq, küçələrsə buz səhərlər
(intihar görən eyvan və körpülər)

qayğılar, qayğılar daşa dönür bu şəhərdə
(simalar yadlaşır gündən-günə)
insanlar soyuq, küçələrsə buz səhərlər
(ocaq sönür, dönür közlər külə)

letras aleatórias

MAIS ACESSADOS

Loading...