letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de nələr itirdik? - badclause music

Loading...

[bənd 1]
düşün biraz, hansı döngədə itdik?
hansı kölgədə birdik, hansı bölgədə bizdik?
hansı bölgədə sən və mən özgə?
bəs bu şəhərdə hərşey açıq-aşkar bircə sevgimi gizli?

ürəyinə gələn yoxdur deyəsən, yolu bağlamısanmı?
şair yazmır gecə, otaqda lampası yanmır
çox şey var düşündüyüm bircə cavab ver
bəs sən gecələr musiqi dinləyib ağlamısanmı?

mәn sәnә gәlәrәm yenә fәlәk önümdә hörsә divar
tacir eşqi satarmı bәs yad ovucda görsә dinar?
biz ikimiz eyni mahnılarda ölüb fәrqli şәhәrlәrdә
yaşaya biliriksә, bu sevgi ölmәz, inan!

dayanıb sakit, bir gecә yanımda qal ki
o gecәni ol mәnә sakin, bezәnә qәdәr ta ki
vә bәzi musiqilәr sırf bizә görә yazılıb sanki
mәndә olan yar sәnsәn, sәndә olan yar kim?

vә lakin görürdün ki, yorulurdum hər addımda
ən çox dəyər verdiyim sən idin həyatımda
soruşurlar necə biriydi? mələk – deyirəm, inanmırlar
əgər ki, sevirdinsə bәs getmәyə nə haqqın var?
xәtrinә dәysәm belә önümdә gözlәrini süzmә
baxışıma seyr eylә durma vә zillә gözlәri gözümә
yanaqlarına naxış çәkәr dodaqlarına kimi sürmә
onla olan şәk!llәrdә mәnlә güldüyün kimi gülmә!

güldürmә, ayrılacaq yol qәsdәn
mәn olum illәrin şairi, sәnsә ol bәstәm
sәn eşqin mәlhәmi, mәndәn özgә yox xәstәn
arada bir dә üzümә gül ki, bilim mәnlә xoşbәxtsәn

gecәnin yağış әtri saçlarına qatanda nәm
sabahım xeyir olmur sәndәn ayrı yatanda mәn
neçә gündür ki, yoxsan can, darıxmışam әtrinçün
görüşәk sabah hәmin yerdә, axşam gün batanda gәl

[nəqərat]
sevirdim axı saçlarının әtrini
sәnin gedişini başqası gәtirmir
sevgi sağollaşanda bitirmi?
nәlәri qazandıq, nәlәr itirdik?

sevirdim axı saçlarının әtrini
sәnin gedişini başqası gәtirmir
sevgi sağollaşanda bitirmi?
nәlәri qazandıq, nәlәr itirdik?
[bənd 2]
sәn qollara, qollar sәnә hәsrәt
özgәsi gәrәksizdir, sәn özün bәssәn
mәn nә qәdәr düz oluramsa, sәn bir o qәdәr tәrssәn
pozulur sakitçilik, otağa dolan sәslә

öldürәrsәn cismәn mәni, qәsdәn sәn әsmә
göz yaşın külәk kimidir inan, üşüyürәm axı әsmә
tapa bilәrsәn özünü orda, xәyallarımı gәzsәn
tәlәsmә, uzaq olsan belә gecәlәr adımı sәslә

sәn unutma, nə də unutdurma, unutduğumu düşünmə
xəyallarla yaşatma məni, dur, çıx evdən özün gəl
incitmə, bir də söz ver çıxmayacaqsan sözümdən
qürurlu mesajlar da bağışlanacaq üzrlə

indi çıxaram özümdən elә, sən süz de ki, süzüm mən
layiq olduğun qədəriylə yazardım hüznlə
əgər gözündən düşsəm, süzülüb axaram üzündən
rədd elə məni, istəsən gedim, amma ki, sən üzülmə

o aşiq misralarıma, bәyәnir hәr әl işimi
onu sevmək xasiyyәtim, sevməmәksә vәrdişdir
tәlәsәn zaman ötürmüşdü sәrnişini
onun gedişi belә gözәldir, sanki getmәk üçün gәlmişdi
gedib dә gәlsәn әgәr xoş gәl gәlmә vidayla
gözlәrin sәma kimidir, ulduz әvәzi dәrdi sayıram
hamıya getmәk icazә olar, amma ki, sәn getmә məndən
hәr gün görüşәrdik, indi yaralı qalıb hәftә aydan

mәn sәnә sadiq hәyat, heyif ki, xain әcәl
birgün özümü gözlәrindәn asıb intihar edәcәm
gәl, ürәyini dağ elә, gәl
mәndәn gülә-gülә getmişdin, amma әfkar ilә gәl

sәn dara düşәn zaman varlığım imdada gәlirsә
biz heç vaxt ayrılmayaq ayrılsa da, dalğa dәnizdәn
unutmuşammış kimi hәr dәfә yada gәlirsәn
mәn sәnin yazarınamsa, sәn dә mәnim şahәsәrimsәn

[nəqərat]
sevirdim axı saçlarının әtrini
sәnin gedişini başqası gәtirmir
sevgi sağollaşanda bitirmi?
nәlәri qazandıq, nәlәr itirdik?

sevirdim axı saçlarının әtrini
sәnin gedişini başqası gәtirmir
sevgi sağollaşanda bitirmi?
nәlәri qazandıq, nәlәr itirdik?

[nəqəratdan sonra]
dinlə, can dostum, mənə yarıda qoydu yarım
bu gün nəsə inciyib, küsüb danışmır piano
vərəqə dolur adın məndən asılı olmayaraq
ya dünya tərsə dönür, (ha) ya da ki, mən piyanam

rumka dayanmır əlimdə düşür qeyri-ixtiyara
dumanlı gözlərini də sevirəm deyə bəxtiyaram
bayırda yağış yağsa, mən altında tək dayanam
ya otaqda günəş çıxır, (ha) ya da ki, mən piyanam

letras aleatórias

MAIS ACESSADOS

Loading...