letra de lirika - badclause music
[bənd]
şeir gözlü gözəl, düzün de, biz nə vaxt biz olduq ki?
misra sənlə dolursa bəs gözlər niyə dolmur ki?
aşiq saçlarında nəfəs almağa doymur ki
səni sevməmək, birdə xəyal etməmək olmur ki
yenə qızılgül olmur ki, saralıb solmur ki
bir ayrılıq, bir ölüm var olanda ol ilkim
sətirdə bilinmir ki, solğun kim, yorğun kim
bir əldə sevgi varsa o biri əldə olmur kin…
axmaq yazılar, bax sənə çəkir meylin
mənə görə səninçün ölmək və yaşamaq eyni şeydir
yoxluğun dərd verirdi, inan yox idi özgə xeyri
hisslər qəlbdə yaşanılır və sevgi sözdə deyilir
… həyatına gəlib gedərlər
dərdimə dəva yükdür, axı biz dərdi sevənlər
məncə, bu təsadüfdür – ətir eyni, fərqli bədənlər
xətrimi yadından çıxarma, özgə qəlbi görəndə
bəstələrdə sevdim səni, şeiriyyatdır hisslərim
bəlkə də var olmağın yoxluğunda gizlənir
payızın bir gecəsində qarışır yağışa izlərin
qollarını cənnət sayıb orda ölmək istədim
mən səni tapana qədər gündə birinə aid olmuşam
sırf səni güldürməkçün o boyda şair olur uşaq
sırf səni hiss etməkçün, sırf sənə görə
mən sevmədiyim musiqilərə aşiq olmuşam
mənə görə ağladığını bilirəm, bəs güldün nəyə?
həyatı yaşaya bilmədim uğruna öldüm deyə
bu ocaq gec alışır, bəxtəvərdir söndürməyən
hələ də yoxdur həmin gözəl, o vaxt mənə “ömrüm” deyən
hisslərin adı yoxdu daha, qırılıb tilsimlər
sən mənim sirrim idin, istəmədim bilsinlər
parça-parça şək!llər, yerdədir hirsindən
məndə olan yarını tapma, gedib başqa birisində
bu ürək dağa dönərdi tay tutmasa gecəni şərlə
tale yolunu düyünlərsə, barışarmı de, yar bəşərlə?
tərk eləmək asandır, vaxt keçəndə öyrəşərlər
sevgi bizdə tütün kimidir, tərgidən sən, öyrəşən mən
itələdi çuxuruma məni – “çox dərin qazma” deyəndə
yazmadı əllər, var idi canım əvvəllər
gözəlim çıxıb getdi, amma məni almadı məndən
dedilər “əzab eləmə”, halbuki qulaq asmadı bəndə
əlamətim o cəfadan, olmadı hissə vəfadar
o biraz xaindir, keçibdir qəlbi rəvadan
amanın bir günündə dərd ola köksünə nadan
şəhvətə qurban ola, yanar odunda zövq ilə canan
məsafə dərd olursa, xatirə qocaltmaz illər
yuxunda bahar olsa, payıza yozar fəsillər
xətrinə dəyəndə də dayanardın uzaqda dinməz
mən səni alçatsam, başqa şair ucalda bilməz…
letras aleatórias
- letra de infected by me - dofamine
- letra de black bottle boys - ebk jaaybo
- letra de elizabeth ii - zond
- letra de villain music #3 - joel jungle
- letra de ken carson - vaimez
- letra de it was my birthday turn up - nettspend
- letra de 555 questions - five finger posse
- letra de myself - apocalypse 1028
- letra de lucia creator optime - gregorian chant
- letra de comfy - p'tit belliveau