letra de heç olmasa (explicit) - badclause music
[bənd 1]
getməcələr, qalmaca dünya, axtarmaca, tapmaca dünya
canda ağrı, ağrılar hər yan, bütün düşüncələr üryan
vəhdətinlə dön daş-qalağa, ruhumun dam-bacalarına tökül, yağ
mən yüz faiz özümə saxlayacam, əgər ki, heç kimə qalmasa dünya
eşqdən, sevgidən özünü çox öydün, itiysə qələm, bir dəfə düzün yaz!
agahıq gördüyümüzə, simandan ilk və son dəfə gerçək üzünü as
yalanla-dolanla, fitnəylə-fəsadla dönəcək eləcə də dünyamız
sanki xülyadır, dünən tam, bu gün yarım, üzr istəmədiyim hansı sözüm qalıb?
vərəqdə göz yaşı əl izim, istəsən, mən susum, sən danış, əzizim
narahatam, beynimdə çox səs, qışqırıram ki, orada neçə nəfərsiz?!
yatağımı, yorğanımı, balışımı sən isit, qəzəblənmə, gül, solmasın bənizin
uzaq idin, döz deyə bilməzdim, yol çəkən gözlərinlə böl ikiyə dənizi
bu ölkə yetərsiz gəlirdi bizə, bütün hisslər birdən necə keçə bilərdi?!
özün demişdin axı, gec qarşılaşmışıq, amma sanki doğmayıq neçə illərdir!
sənə görə nələrə-nələrə sinə gərdim, görən hamı deyirdi ki, bu nə hünərdir?!
vidalar vaxtsız olanda vidadır, heç olmasa qucaqlayıb öpə bilərdin!
gedəcəyini demədin başda, bilim, neçə min səhv etdik, neçə “bağışla” dedik…
bütün çətinliklərə qarşı birik, sanırdıq, olmadı, oldu başqa biri
qoymazdım o vaxt səni kaş mənsiz, ağıl yoxsa, gəldiyim yaş nə desin?
dilərəm, dəyməyə daşa dizin, möhtac elədin qəhbəyə, oğraşa bizi
[nəqərat]
fikirlərim hər gecə daha dərin
xəyallarım qarışıb, yox təsəllim
hansı əllərdən tutur axı əllərin?
yoxluğuna nə dözümüm var, nə səbrim
fikirlərim hər gecə daha dərin
xəyallarım qarışıb, yox təsəllim
hansı əllərdən tutur axı əllərin?
yoxluğuna nə dözümüm var, nə səbrim
ah…
letras aleatórias
- letra de dying sun #7 - kim churchill
- letra de over the rainbow - a-moe
- letra de this christmas - daniel mcloyd (icejjfish / daniel dizzle)
- letra de cry baby - the voice performance - jacquie lee
- letra de piri - dreamcatcher
- letra de faith, hope and charity - fun boy three
- letra de sniper - sama blake
- letra de polski drill - naczelny_anonim
- letra de raz dva 345 - supercrooo
- letra de feels right - jpb & myrne