letra de güman - badclause music
[nəqərat]
azadlıq – insanın cismindən qurtulması
qurtumladım hər zərrəsində
vur-tut dadın ala bilmək üçün
sıxdım yumruqları, vədləri insan doğrultmadı
xəmirində çiy süd olduğundandır, yoğrulmadı
olmadı doğru qadın, seçdim qovrulmağı
içində əzabların
[bənd 1]
azadlıq – bəlkə də, görmək idi
cəhənnəmin fəsadların
qəhərlənib göz altların, tünd qara
sənindir küçələr, tin-dalan
qənimdir gecələr zinhara
artıq zamanıdır parlamağın
amma o vaxta kim ölə, kim qala
yıxıl-qalx, öyrən, fırıldaq böyüdər
qırılsan, ölmə, qıfıl var göydə
məqsəd – çatmaq arzulara, qoymaz sorğu-sual
elə bil dünyada kök salmışıq
tutulmamaq üçün oxuyur oğru dua
inanmağım gəlmir alın yazısına
ona görə qaraladım özüm qismət
yaraları sarıdım rep ilə, hamısı da olmasa
dözə bilim qismən
bəlkə də buna görədir
elə bilirik, unutdurur dərdləri içmək
yanımda nə qədər qardaş, dostum var
mən bir o qədər “rich man”
əsəbləri tarıma çəkdim, yaşananlar orda qoymur qala
ətrafa yox, güvənim yazdıqlarımadır, mənə ol qol-qanad
hamı qarışır bir-birinin işinə, şüardır “bol qurdala”
adəmin içalatı qandan ibarət, amma ki, doymur qana
[nəqərat]
azadlıq – insanın cismindən qurtulması
qurtumladım hər zərrəsində
vur-tut dadın ala bilmək üçün
sıxdım yumruqları, vədləri insan doğrultmadı
xəmirində çiy süd olduğundandır, yoğrulmadı
olmadı doğru qadın, seçdim qovrulmağı
[bənd 2]
arzular sırada jetonlarla
dolub ümidlərim perronlarla
hara qədər axı “gecə gic olub, ağla”?
məni məndən alır həyat şponlarla
heç olmuşam mən heç olmağına
daha öyünmürəm bivec olmaqla
özümü dənizə atmaq istədim
amma ki bağlayıblar onu da betonlarla
bu şəhərdə heç cür şad olmaq olmur
keçəlin belə saçını yolur bakı
kasıbların ömrünə qonur bakı
insanları bədbin, həyatları zorakı
küləklə gül ətrini qovur bakı
alisi öldükcə küt doğur bakı
qazır hətta tale yolun bakı
mənim getdikcə gətirir sonumu bakı
rəsm edir rəssam üz cizgilərimi öz qanımla akvareldə
şeytan da qıraqda kod yazır
pis günləri basır həyatıma paneldən
belə düşün ki, taleyim oskarlıq filmdir
paylaşıram onu da “cover”lə
“soundtrack”in sözlərin “face”dən fırladıram
musiqisin şopendən
xoşbəxtlik də proqramlaşacaq bir gün
yüklənəcək “torrent”lə
qoyulacaq uşaq adları “domain”lə
dünyaya giriş ediləcək “log in”lə
dost baxacaq dostunun “ssl”nə
təzə “круг”lara girəcəyik “vpn”lə
ümid varam ki, onda salam göndərməyəcəyik
şirkətlərə ‘’cv’’ yerinə
letras aleatórias
- letra de ilysm (snippet) - robb bank$
- letra de bolje vreme - cya (sija)
- letra de bomibam - zahara
- letra de hit record - michael constantino
- letra de a weak gone by - anfernee.
- letra de феромоны - 13kai x kassi
- letra de i'd rather go first - shinjuku mad
- letra de selvaggi: atto i - lorenzo la squadra
- letra de gospel - tom orlando
- letra de yessuh - oswin benjamin