letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de deyəsən unutmusan (akustik) - badclause music

Loading...

[bənd 1] [badclause]
mənim bir arzum var, ömrümə qəm-kədər saldı
mənim bir ağrım var, ağlamağıma səbəbkardır
okean ortasında qayıq, külək aşırdı hər yelkəni
yolun düz ortasındayıq, gəl yenidən tərk et məni

yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim
gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin səsi gəlmir
vərəqlər qəhərlənir…
unutmusan deyəsən, mənlə açdığın səhərləri

mən sahib olmadığım hər şeyi borcluyam sənə
sən yaşanılan hər yalnızlığın ən gözəl halısan
boşdur cümlələr, sənə sərxoşdur bu bədən
eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən

aşağıda göydələn, üstündə bir cüt ayaq
köndələn ipin zolaqlarının silüetində öldü kölgələr
ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl
yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən

görən nələr qalıbdır həyatın özgə səhifələrində?
illərdir intihar küləktək əsir pərdələrində
otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər
cənnət saydım onu bu dünyanın cəhənnəmində

onun saçlarında basdırdım ruhumu bir gecə
xəbəri belə olmadı, qollarımda yatmışdı necə
öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə
bir pıçıltı qopdu bağrımdan, oyandım nəsə

[nəqərat] [şahin əlizadə]
baxaraq gözlərimə
fərqli sətirlər yaz
düşərəm izlərinə
həsrətin tam ortasındayam, ver incə əlləri
birtəhər keçir günlərim
yalanla itir düzləri

və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin
o vaxt üzümə heyran olan bu gün yolumu gözləmir
ötür aylar-illər
rəsmini öpür hisslərim
sevgimizin ocağında yanmışam, götür külləri

[bənd 2] [badclause]
boğur bu məhəbbət məni, yorur bu küdurət məni
qüssə-qəmi gizlətməyə yox bir cəsarət həmin
ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir
nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim!

saxtalaşır gördüyüm hər həqiqətim
içində ağ libasın, qara ruhuma təbib gətir
zühur elə incə toxunuşla, bilim ki, var bir qüdrətin
elə bir ruha çevril ki, bitməsin eşqə müddəti

görüm üzünü, ovcuma hopsun hisslərim
qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir
yazmayım mən bəyaz vərəqə qəm izləri
eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim

məni elə yerə basdırın ki, ruhum günəşi görməsin
mənə elə bir külək verin ki, həyat çırağı sönməsin
mənə elə bir sevgi ver ki, sərhəd nədir bilməsin
mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin

[nəqərat] [şahin əlizadə]
baxaraq gözlərimə
fərqli sətirlər yaz
düşərəm izlərinə
həsrətin tam ortasındayam, ver incə əlləri
birtəhər keçir günlərim
yalanla itir düzləri

və yenə tənhalıqla üzləşibsən, yaşlı gözlərin
o vaxt üzümə heyran olan bu gün yolumu gözləmir
ötür aylar-illər
rəsmini öpür hisslərim
sevgimizin ocağında yanmışam, götür külləri

letras aleatórias

MAIS ACESSADOS

Loading...