letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de cheerz - badclause music

Loading...

[bənd 1]
bu gün sevgi dəyərsiz, nifrət daha effektiv
tanrı dualarımıza baxmır, dolubdur “direct”i
nə yazdığım sözüm keçərli, nə də “rhyme” iti
indi xoşbəxtlik gözündən ürək çıxan smaylikdir

bu qədər rəqəmsaldır həyat, bu qədər texnikiləşib hər şey
ya hisslər çox həssasdır, ya insanlar vəhşi
kobud davranmışıq incə detallarla, daha tərs hər işim
heç vaxt dəyişmərəm – sözü deyən hamı dəyişir

sən də çox dəyişmisən, düzlərində olub xeyli səhv
o qədər səmimi adam var, ilki mən, sonu eyni sən
kimisə unutmağın ən acizanə yolun seçmisən
görəsən həyat yolunu kimin əlindən tutub keçmisən?

oralar yad gəlirmi, samanlıq ya seyrandırmı?
məktubda “bağışla” yazırsanmı, ora leysdandırmı?
qafil eşqə n-z-l olan bu əzazil o insandırmı?
səncə can yanırmı, yar, ya yanan elə tək misramdırmı?

[nəqərat]
yalan dünya
batsın məni dərdə salan dünya
yan, öz odunda qalan, dünya
zülmətə boyan, dünya
yalan dünya
batsın məni dərdə salan dünya
yan, öz odunda qalan, dünya
zülmətə boyan, dünya

[bənd 2]
içimdə iki qeyri dünya, qeyri adam, iki dərya
biri doğma, biri yad, biri mənə: oyan – deyir, biri – yat
biri: sus – deyir bu nakam eşqə, o biri çəkir fəryad
bir yanımda gölməçədir, bir yanımda yanğın hər yan

bitmir heç ahım, min bir əzabın
çarəsi içməkdirsə, dayanmayaq, birin də açağın-
nə marağım vardır günə, nə vardır aya marağım
ilişib ömür hörüklərinə bu intizar darağı

girim eşq bağçasına gərək, orda ən gözəl gülü dərim
bir dənə də məktub yazıb, ətirli zərfə büküm, göndərim
səni təsvir eyləsin, yazılan bütün sözlərim
elə xoşbəxt olaq ki, ürəyi partlasın ötən günlərin

axı, çox dərddən yazdım və girdi günaha rəsmlər
guya ki, o qürurlu, amma alçaqlıq var ifadəsində
yəqin ki, eşitməyəcəksiniz onun adını bir daha səsimdən
çünki, xoşbəxtliyim indi başqasının himayəsindədir
[nəqərat]
yalan dünya
batsın məni dərdə salan dünya
yan, öz odunda qalan, dünya
zülmətə boyan, dünya

yalan dünya
batsın məni dərdə salan dünya
yan, öz odunda qalan, dünya
zülmətə boyan, dünya

letras aleatórias

MAIS ACESSADOS

Loading...