letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ay qız, getmə, dayan/muağm (popurri/canlı ifa) - aygün bəylər

Loading...

[bənd 1]
ay qara qız getmə, dayan, sözüm var
aləm bilir, gözlərində gözüm var
heç bilirsən, ayrılıq var, ölüm var?
ay nənəm də qurban
ay nənəm də qurban

[nəqərat]
ay yar… ölürəm…
səni mən sevirəm
gəlirsən, gəl, alım səni
gəlirsən, gəl, alım səni
gəlmirsən, ölürəm…
səni mən sevirəm…

[bənd 2]
ay qara qız getmə, dayan, sözüm var
aləm bilir, gözlərində gözüm var
heç demirsən, ayrılıq var, ölüm var
ay nənəm də qurban
ay nənəm də qurban
aman… aman…

[nəqərat]
gəlirsən, gəl, alım səni
gəlirsən, gəl, alım səni
gəlmirsən, ölürəm
səni mən sevirəm
səni mən sevirəm
səni mən sevirəm
[bənd 3]
qəzələ, musiqiyə kim ki həvəskar deyil
qəzələ, musiqiyə kim ki həvəskar deyil
bütün ömrün yatıb aləmdə, o bidar deyil

nə bilər çəngi-dəfin, tari-neyin naləsini
nə də ol…
nə bilər çəngi-dəfin, tari-neyin naləsini
nə də ol əhli-muğamata xiridar deyil

əcəb ol şəxsdir, ruhunda qida musiqidir
əcəb ol… əcəb ol şəxsdir, ruhunda qida musiqidir
nə qəmi-qüssəyə, nə dərdə giriftar deyil

gətirər sövtü-müğənni dili-üşşaqü dilə
bunu dərk etməyən əğyardır, ol yar deyil

gətirər sövtü-müğənni…
gətirər sövtü-müğənni dili-üşşaqü dilə
hey bunları dərk etməyən əğyardır, ol yar deyil

bizim əcdadımızındır, ey, bu gözəl musiqimiz
bizim əcdadımızındır bu gözəl musiqimiz
bunları bilməyən əlbəttə, xəbərdar deyil
deyiniz hacıya siz…
deyiniz hacıya siz, belədir adətlərimiz
qoymarıq məclisə, kim əsl sənətkar deyil
[çıxış]
əzizinəm, nərdivana
əzizim, nərdivana
ayaq qoy nərdivana
zər qədrin belə zərgərlər bilər, gülüm
nə bilər hər divanə, aman, aman?

əzizinəm ərzuruma
yol gedər ərzuruma
dəvəsi ölmüş ərəbik
dözərik bu zülm, ay aman, aman, ey…

letras aleatórias

MAIS ACESSADOS

Loading...