letra de dərddən qaçanda - ayaz qasımov
[bənd 1]
mənim ürəyimdə verib baş-başa
dayanıb dağ boyda dağlar sükutda
biri digərindən xəbərsiz, səssiz
dərdlərim şam kimi ağlar sükutda
mənim ürəyimdə verib baş-başa
dayanıb dağ boyda dağlar sükutda
biri digərindən xəbərsiz, səssiz
dərdlərim şam kimi ağlar sükutda
[nəqərat]
zaman dara çəkir fikri, xəyalı
zaman damcı-damcı axır gözümdən
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
zaman dara çəkir fikri, xəyalı
zaman damcı-damcı axır gözümdən
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
[bənd 2]
mən dərddən qaçanda, yolda iz qalır
alov közdən qaçır, közə dərd olur
dərdimdən qaçanda dərd yalqız qalır
bu da mənim üçün təzə dərd olur
[keçid]
saralıb yox olur min arzu, dilək
bu dərdi çəkəndə ürəkdir ürək
düzəndə bürküdən solur gül-çiçək
çiçəyə dərd olmur, düzə dərd olur
[nəqərat]
zaman dara çəkir fikri, xəyalı
zaman damcı-damcı axır gözümdən
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
zaman dara çəkir fikri, xəyalı
zaman damcı-damcı axır gözümdən
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
zaman dara çəkir fikri, xəyalı
zaman damcı-damcı axır gözümdən
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
[çıxış]
arzular başıma qaxınc olanı
özümü sükuta tapşırmışam mən
aman…
letras aleatórias
- letra de marquise - zosterae
- letra de hiding again - victor primavesi
- letra de don't come to me - ixharxaki
- letra de build - jahnah camille
- letra de lowkey - metafour
- letra de the way of new end - beyond the styx
- letra de sueño - the jrb
- letra de life - scott krippayne
- letra de where i am - the junkyard crows
- letra de como quiero - adriangonzalezz