letra de meyxana - amina shirin
[nəqərat: namiq qaraçuxurlu, amina]
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana

yadigardır meyxana, yadigardır meyxana
yadigardır meyxana, yadigardır meyxana, hey
[bənd 1: amina]
içində möcüzələr doludur ədəbiyyatımızın
bu sənət də çox incə yoludur ədəbiyyatımızın
folklor janrıdır, bir qoludur ədəbiyyatımızın
ora daxildir, sanmayın ki, kənardır meyxana
[nəqərat: amina]
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
[bənd 2: namiq qaraçuxurlu]
deyilən meyx-n-lar hər biri təbdən yaranıb
çox suallar verilir, hansı səbəbdən yaranıb?
kökünü xırdalasaq, zatı ərəbdən yaranıb
bu səbəbdən əruzla əlaqədardır meyxana
[nəqərat: namiq qaraçuxurlu]
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
[bənd 3: amina]
deyilən meyxanan şah beyti qafiyədir
deməyə növbə çatıb, müddəti az saniyədir
təb olmasa, şairin deməyə ixtiyarı nədir?
təbin gələndə isə biixtiyardır meyxana
[nəqərat: amina]
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
bu səbəbdən əruzla əlaqədardır meyxana
[bənd 4: namiq qaraçuxurlu]
mən də, həmkarlarım da birdir bizim niyyətimiz
deyirik meyxananı – xalqa budur xidmətimiz
qoymarıq ki, əzilə, tapdalana sənətimiz
nə qədər ki biz varıq, bizimlə vardır meyxana
[nəqərat: namiq qaraçuxurlu]
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
bədahətən deyilən sözdür, şüardır meyxana
bizə qədmidən qalıbdır, yadigardır meyxana
[çıxış: amina]

letras aleatórias
- letra de somebody to love - otilia
- letra de lieb sie glich - stereo luchs
- letra de where's me - rasti
- letra de witajcie w sonicyźmie - sonicyzm
- letra de intro - worldtourwoo
- letra de adored - like pacific
- letra de 3rdmix+ - ratrace
- letra de am i the only one - mj apanay
- letra de positional bypass - sic sense
- letra de v.f. - lupe fiasco