letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de yadigar - ali ashikar

Loading...

[bənd]
yarım qalan şeirlərim yadigardır o günlərdən
elə bil illər bizi böyütmüşdü bir bələkdə
axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim
ona görə üzülürdüm gülməməyinə

buraxa bilmədiyim ipin ortasından kəsdin sən
yarada bilmədiyim evin qapısını kəsdin sən
heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən
elə bilirdi tanımayacam, saçlarını kəsdirsə

gördüm onu, o evin divarlarına sarılmışdı
külqabımda yanan insan məktublara yazılmışdı
gördüm onu, kül olub gözlərimdə yaşarmışdı
ən gözəl xatirələr çünki səninlə yaşanmışdı

güldürüb ağlamışdım, gül dərəndə aldanmışdım
səninlə haldan düşdüm
“get” deyəndə dilim sürüşdü
görmədin nə haldaydım, imdadıma yadlar düşdü

qocalıb soyuq əllər
ocağım soyuq yerdə
o çağın illərindən mənə qalan bir yadigartək rəsmlərin
sürüşüb düşər əldən
bacarsan, dilə gətir bu eşqi məndə
yenidən bir olaq biz, bir bədəndə kövrələk gəl
yazarsan məktublar mən olmayan şəhərlərdən
gözünü yumub uçurdarsan məni, düşünüb pəncərəndən

məncə gəlmə sən də bu gün, kim gəlib ki, gəlməsəndə?
gedənlər gəlməyə hazır deyil ki, əlac yoxdur dərdə səndən
və bir gün təsadüfən görüşərik, sən anlayarsan gözlərimdən sevdiyimi
bizi ayıran insanları danlayarsan

səhərçağı ac qarına bir siqaret
və yaxud baş qarışıb, içilməyən çay kimiyəm sən gedendən
dilim biçarə susur
yazılan hər cümlə nəğmələrimi qəlbə süzür

[nəqərat]
məndən sənə yadigar
nəğmələrim qaldı
ötüb keçən o günləri
yenə yadıma saldı

səndən mənə yadigar
acı sözlər qaldı
məni məndən alarkən
səni yadıma saldı
yenə gözləri doldu
unudaram özümü siləndə o gözləri mən

[keçid]
düşür gözlərimdən bir damla yaş
düşün, bu sevgidən hər yanda var
amma bizə bax, nə hala qalıb sevgimiz…
düşüb yerə, qaldır, üzünə baxım
amma bizə bax, nə hala qalıb sevgimiz…
düşüb yerə, qaldır, üzünə baxım

[nəqərat]
məndən sənə yadigar
nəğmələrim qaldı
ötüb keçən o günləri
yenə yadıma saldı

səndən mənə yadigar
acı sözlər qaldı
məni məndən alarkən
səni yadıma saldı

yenə gözləri doldu
unudaram özümü siləndə o gözləri mən

letras aleatórias

MAIS ACESSADOS

Loading...