
letra de ikili dəlilik - ali ashikar
[bənd 1]
ölsəm, bağışla bir gün
ölməsəm, gəlib ölərsənmi mənlə?
ruhunu tapşırıb allaha
məhəbbət uğruna dözərsənmi mənlə?
bakının daş divarlarını
qara saçlarınla hörərsənmi mənlə?
bir qırıq ömrüm qalıb
onu: “böl”,-desəm, ortaya bölərsənmi mənlə?
sualım cavabsızdır, nə isə
illər dəyişmişdi nəyisə
içində sən də var idin dəyişənlərin
ki, dəyişmişdi nə isə
elə-belədən olmur heç nə
çün bir yükü daşımağa yoxdur daha gücüm
qalmışam üstdə ülgücün
yanır canım, çəkmir ülgücü
heyif ki, məhəbbət uğruna
gedilən yolların hər biri yanlış
nə qədər kin çöküb üstümə
hər biri məndən öz payını almış
bir uşaq yatır bax içimdə
hər kəsi saf bilib özü kimi sanmış
bir ağac bar verir bu gün
bağbanı ölmüş, dərddən usanmış
gəl dost qalaq, dedik
aramızdakı sərt buzları əridib
sevgimizdən axı olmur heç nə
yenə həmişəki kimi öz qüruruna əyilir
bəlkə də, qismət olmaz gəlinlik sənə
mənim əynimə bəylik
gəl səninlə bir filmi canlandıraq
adı olsun: “ikili bir dəlilik”
letras aleatórias
- letra de tipsy 09 - j-kwon
- letra de cha cha slide - dj düse mix - dj casper
- letra de teilen macht spaß - frauenarzt
- letra de the motto - uniquan
- letra de the note - geko
- letra de vatos lokos - hayce lemsi
- letra de anita - sven-ingvars
- letra de caligola - my sister rising - vaski remix - caligola
- letra de father abraham - veggietales
- letra de take a look around - the 2 bears