letra de çək - ali ashikar
[bənd 1]
çək tətiyini, qorxma, bu gün rahat ol
rahat ol, çək tətiyini vur ki, dinsin açdığın yaran sinəmdə
çəkərsən əlini, indi yox, hələ ki gözlə, çünki bitmir ağrılar, çəkərsən ağrılar dinəndə
öləndə gəlmə üstümə, səni mən görmək istəməm, gözündə yaşla, bir də güllər əlində
ölüb də yaramı sarmaq istədim guya, alınmadı
yaralar çox dərindir, güllə dərində
sənin də ürəyin ağrayır, üzündə təbəssüm də qalmayıb, heç yorulmusan, bil ki, mənim də
aldığın hər nəfəsdə mən yanındayam, düşün ki, sən də ölmüsən mənimlə birgə kəfəndə
yerində olsam əgər, bəlkə silərdim, bəlkə də yaşlanardı xatirələr qalsa rəfimdə
alardım hər kəsi mən qarşıma, bilsəm ki, dəyər verdiyim insan dayanıb sol tərəfimdə
[bənd 2]
mən indi seyrə çıxmışam, səmada uzaq bir yerdən izləyir gözlərim səni
hər baxanda sənə yanılmışam, sən demə, göstərirdi səhv baxanda güzgülər səni
nədənsə unuda bilmir heç və sanki özünə həbs edib ürəkdə hisslərim səni
sanma ki, car çəkirəm mənm, inan ki, heç kimə yox, bir tək özümə pislədim səni
boş limanda gözlədim səni, bir ümid işığına möhtac yarımçıq adamlar kimi
daha bizi düşünmə, boş ver, hər şeyin bir sonu var, biz də yarıda qalanlar kimi
bu həyat çox şey alıb məndən, mənim arzularımı, xəyallarımı, sən də sevgimi
deyəsən, itirmisən sən, nə qədər axtardım, tapmadım, amma səndə sevgimi
letras aleatórias
- letra de fäll en tår - dogge doggelito
- letra de twinkie - ynkeumalice
- letra de schon okay - vinta
- letra de my soul intention - kid creole and the coconuts
- letra de leave me waiting - synymata & lexi scatena
- letra de scabby head and legs (live at the minack theatre) - this is the kit
- letra de here we go! - lil nas x
- letra de womp womp!!! :c - auxina
- letra de неделовой - danddm & joni quiet
- letra de supressor (interlude) - enzikipediaa!