letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ürəyim tək səndə - aeres consacres

Loading...

yenə dilimdə sən, yan cibimdə caynaq
fikirlərə girib itirsən ancaq
xəstə aşiqinin içində qalmaq
sən xaric bütün hisslərim axsaq

uçur bədən, sənə o cümlədən
aiddir kainat, bütün təməl
yerə tüpürmərəm, var gülümsəmək
burnum dayalıdısa göy üzünə

vur ürəyimdən, vur söy üzümə
dəli aşiqin batsın çöp dizinə
mən yönsüzünəm, yön ver izinə
yağışlar olmasa çöl üzülər

göyə əlim açıq, göyü ört üzümə
bir səhvim dəysin dörd düzümə
çoxdan boyun əymişəm hökmünüzə
mənim içimdə var 1400 qəlb

nəqarət x2

ürəyim tək səndə
dur, dayan, qaç, uç
burdasan, çatdın !

boz həyatımdakı mavi rəngsən
və marağım qalmayıb aqibətimə
sənə görə sənlə münasibətdəyəm
tək sənə görə münasib hər kəs

bura soyuq bir dağ, bəyaz olur duman
külək əsir kübar, dayaz olur uzaq
çıx sərhədlərdən sonsuzluğa
görür hər şeyi gizləsən onsuz sübhan

qaç, uç, dur, bax – pəncərəndən uzağa
xoşdur susmaq – sən gələndən otağa

səssizliyində həzzi duymaqdır
hər küsdüyündə nəfsi qırmaq
hara baxsam üzə sən çıxırsan !
girir hicran gözə – sancımız var !

(nəqarət x2)

gözə gizli söz söylə, əlifi əzmə
xoş müəmmadayam hərflərlə
məna, rəhman, kərim sənsən !
lütf etmə könlümüzə təriflənməyi !

səbr qəmdədir, söz acı dildə
ömrümü rənglə və röyamı kirlət
başqa kimsələrə möhtac bilmə
fağır kasıbına göz dağı vermə

can qəfəsdə quş, çox qüsurluyuq
məni öldür, ver ruh simurqumu
tök üstümə sahilin hüzur qumunu
önüm-arxam var, yox uzunluğum !

günəş önümdə deyil, arxamdadır
sev içimi isit, sənə sağlam baxım
eşqin əritsin qalxanları
qələm əsam olsun, yazıb axsaq qalım

(nəqarət x2)

letras aleatórias

MAIS ACESSADOS

Loading...