letra de çata bilim - abd malik (dəyirman)
[bənd 1]
səhərlər dəli kimi yenidən yola düşürəm
sanki ağlım kəsmiş, küləklə söhbət edirəm
sənə aparan itkin düşmüş, tozlu yollar
məni azdırıb, dolaşıb ayaqlarıma ümidlər
[keçid]
hey, çağırır məni üfüqlər
bu halıma gülür buludlar
bu göydə bitsə bütün yağışlar
bil ki, səninçün bitməz oxuduğum mahnılar
[nəqərat]
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
[bənd 2]
hətta payız gəldi artıq saçıma, yaşıma
hərdən sözlər atır mənim cavan baharıma
amma mənim yolum dözər bütün fəsillərə
çünki atdığım addımlar tək sənə görə
[keçid]
hey, çağırır məni üfüqlər
bu halıma gülür buludlar
bu göydə bitsə bütün yağışlar
bil ki, səninçün bitməz oxuduğum mahnılar
[nəqərat]
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
bircə ona çata bilim
gözü dolu söyləyim
bu günə qədər demədiyim sözləri
ona sonsuz qədər deyim
letras aleatórias
- letra de isaiah (o come) - the porter's gate
- letra de for da flex - osamason
- letra de salutations - cerys matthews
- letra de beezy style ii - jaybzy! & zaybeezy
- letra de dice - wick bambix
- letra de better - alesia lani
- letra de psycho surgeon - kaizar (rapscallions)
- letra de legacy - godblesssurfer
- letra de not murdered dance - moldy ballsack
- letra de kentern - lucifer xo