
letra de bakı, gecən xeyrə - abbas bağırov
abbas bağırov – bakı, gecən xeyrə
[bənd 1]
bu gecə gəlmişdim yanına qonaq
bu gecə çıxmışdım seyrinə sənin
elə şirin yatmışdın, doğma şəhərim
yatmışdı evlərin, pəncərələrin
damlarla bacalar uyub yatmışdı
səhərdən yatmayan bir qəmli çinar
lirik küləklərlə vals yaratmışdı
lirik küləklərlə vals yaratmışdı
[nəqərat]
həzin bir meh əsdi, yarpaq qırıldı
gecənin rəngləri açıb duruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
[bənd 2]
asta-asta yeridim, ayılmayasan
xəzərdən istədim, qorusun səni
günəşlə danışdım səhər çıxanda
oyatsın o yatmış kölgələrini
indi isə yat, bakı, gecən xeyrə
qoy yatsın parkların, bulvarın yatsın
yatsın ki, sübhdən oyanan zaman
özüylə bir yeni səhər oyatsın
[nəqərat]
həzin bir meh əsdi, yarpaq qırıldı
gecənin rəngləri açıb duruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
həzin bir meh əsdi, yarpaq qırıldı
gecənin rəngləri açıb duruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
bakının nəbziylə vurdu ürəyim
bir yatmış gözələ könlüm vuruldu
letras aleatórias
- letra de fuck fame - lil peep & lil tracy
- letra de hon vet - saimon kay & karim alger
- letra de shooting - laoise
- letra de j'ai arrêté de rêver - florent pagny
- letra de ask yourself - lil peep
- letra de rapper 101 - m.anifest
- letra de piensa en mí - florent pagny
- letra de dama langu - don santo
- letra de bossin' - arizona zervas
- letra de bad luck - arizona zervas