letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ürəkdir sevən səni - sara qədimova

Loading...

[bənd 1]
səhər şirin yuxudan
eşqinlə oyanıram
sən işə yollananda
yol üstə dayanıram

[keçid]
dönüb baxmırsan mənə
alışıram, yanıram
dönüb baxmırsan mənə
alışıram, yanıram
[nəqərat]
eşqimi ucuz tutub
gəl incitmə sən məni
mənim nə təqsirim var?
ürəkdir sevən səni
mənim nə təqsirim var?
ürəkdir sevən səni

[bənd 2]
özüntək bir qızılgül
asılıbdır yaxandan
sanıram günəş çıxıb
sən o yandan çıxandan

[keçid]
sevimli qızla oğlan
dönüb mənə baxanda
sevimli qızla oğlan
dönüb mənə baxanda

[nəqərat]
eşqimi ucuz tutub
gəl, incitmə sən məni
mənim nə təqsirim var?
ürəkdir sevən səni
mənim nə təqsirim var?
ürəkdir sevən səni
[bənd 3]
səni sevən ürəkdə
mətanət var, dözüm var
o qara gözlərində
xeyli vaxtdır gözüm var

[keçid]
bir mənə bax, gözəl qız
sənə bircə sözüm var
bir mənə bax, gözəl qız
sənə bircə sözüm var

[nəqərat]
eşqimi ucuz tutub
gəl, incitmə sən məni
mənim nə təqsirim var?
ürəkdir sevən səni
mənim nə təqsirim var?
ürəkdir sevən səni

letras aleatórias

MAIS ACESSADOS

Loading...