letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tar çalan oğlan - sara qədimova

Loading...

[bənd 1]
axşam olcaq boylanıb aynabəndə
həzin-həzin tar çalırsan, ay oğlan
axşam olcaq boylanıb aynabəndə
həzin-həzin tar çalırsan, ay oğlan

qızarıram hər baxanda mənə sən
mənə sən, mənə sən
sən nə əziz, nə sevimli qonşusan

[nəqərat]
çalırsan incə-incə, hamının ürəyincə
necə heyran olmayım mən səni dinləyincə?!
mən səni dinləyincə…
[bənd 2]
hər baxanda bilirəm ki, sözün var
deməsən də, gözlərindən oxunur
hər baxanda bilirəm ki, sözün var
deməsən də, gözlərindən oxunur

sədəf üstə gəzdirdiyin barmaqlar
barmaqlar, barmaqlar
ürəyimin tellərinə toxunur

[nəqərat]
çalırsan incə-incə, hamının ürəyincə
necə heyran olmayım mən səni dinləyincə?!
mən səni dinləyincə…

[bənd 3]
utanıram, necə açım eşqimi?
qorxuram ki, hamı gülə, gülüşə
utanıram, necə açım eşqimi?
qorxuram ki, hamı gülə, gülüşə

bizim yerdə bu bir adət deyilmi?
deyilmi, deyilmi?
oğlan açar ürəyini həmişə

[nəqərat]
çalırsan incə-incə, hamının ürəyincə
necə heyran olmayım mən səni dinləyincə?!
mən səni dinləyincə…
çalırsan incə-incə, hamının ürəyincə
necə heyran olmayım mən səni dinləyincə?!
mən səni dinləyincə…

letras aleatórias

MAIS ACESSADOS

Loading...