letra de bərk qaçırdım - royal babayev
[bənd 1] [royal babayev]
morti bərk qaçırdı, mən də sərt qaçırdım
həyatın axınına qarşı, düzdür, çətin idi
amma ki, çətir idi əlimdəki
önümdəki əngəlləri bir-bir aşırdım
ona görə bərk qaçırdım
bir anlıq dön keçmişə, sal yadına olanları
əsasları fikirləş sən, at qırağa qalanları
fikirləş yalanları, gör nə günə qalıb dünya!?
ilahi, eşidə bilmirəm, bir az da bərk pıçılda
pıçılda duysun səni cəm-i oyaq, yatan
sözümdə həqiqət var, yatma, artıq oyan!
ağır xəyanətin ağrısıdır canı yoran
özünə əzab vermə, burax getsin qəlbi soyan
bil ki, mazoxistdir həyat, doymaz ağrı verməkdən
indi gedirəm mən, gəlməyəcəm “bəlkələr”dəyəm
məncə qalmışam mən səndə, çünki “səncə”lərdəyəm
artıq dayana bilmirəm! ona görə bərk qaçıram mən!
[bənd 2] [mortiferum]
gedirdi hər şey sürətli, ona görə bərk qaçırdım
günəş üzümüzə hər dəfə yeni rəng saçırdı
səndən mənə neçə məktub qaldı; yandırardıq onları
təəssüf, alınmadı, dünən gecə tək yandırdım
əslində mən tək qalmırdım
sadəcə həyat qara-boz idi, mən də rəng qatırdım
bəlkə də səhv atırdım hər oxu mən
kaş ki, ürəyimiz də unutqan olsa, unudaram hər p-xu mən!
ədalətin görünməzliyi axı necə isidir içdən!
soyuq baxış istə və soyuq əl, isti ciblər
itdi içdə qəlbin yolu, tapa bilmədim
özümü heç cür o biri tərəfə ata bilmədim
nə də silmədim yaşadıqlarımızı mən xatirələrdən
əclaf olmasam da, özüm özümə qatiləm hərdən
bu səbəbdən bəzən yox olmalarım
anlama varı, axtar səbəbini yox olmağın
anla arzunun könüldə çox olmağını, sil getsin
tox adam anlamaz, beynim tox olmasın
bəzən yaransın depressiya, lap nevroz
amma tanrı təkcə ümidlərimə toxunmasın
nə isə bərk qaçırdım, düşdüm təndirə
həyat döndü tərsinə, müsbət oldu əksinə
xoş günlər durub üzümə, geri qayıtmır
mənsə sürətlənirdim bir az da, bir az da bərk qaçırdım!
letras aleatórias
- pink floyd › letra de you've got to be crazy - pink floyd
- marco antonio solis › letra de mujeres solitas - marco antonio solís
- kirby krackle › letra de take it from me - kirby krackle
- kasinova the don › letra de my story - kasinova the don
- charlie harlow › letra de closer to you - charlie harlow
- bap kennedy › letra de too old for fairy tales - bap kennedy
- mateusz nowak › letra de tryb samolotowy - mateusz nowak
- julie berthelsen › letra de wonderful feeling - julie berthelsen
- vian izak › letra de till your heart is still - vian izak
- vinicius calderoni › letra de crédulo - vinícius calderoni