letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de host şilləsi - orxan zeynallı

Loading...

[bənd 1] [aid]
sözümü tut, bəlkə tapdın özünü orda
gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda
gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət
hisslərim içində sevgi indi dönüb olub nifrət

parçala və hökm sür – adi fəlsəfə
demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə
qulaqlar açıqda şayiələr, hər kəs həvəskar
bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar

boş cəmiyyət, dol bi raz, xoş gəldik, gül bir az
sən hələ yat, avaralan, boş arzular qur bir az
biz hələ ki, çox ilişəcəyik və ilişdikcə zövq alırıq
sənsə say öz yerində, öz əlinlə gorunu qaz

sizin həyata baxıb nifrət edirəm mən kainata
nə qədər olar?! “ev-iş, iş-ev-çayxana”
ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola
inflyasiya! tək çıxış yolunuz qumarxana

[nəqərat] [qaraqan]
tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə
tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə

[bənd 2] [aid]
tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala
tərbiyəli qız meyl edir tərbiyəsiz paltara
tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni
bu otağa səhv girmisiniz, burda keçir host-un əmri

isti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli
kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir
host-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda
qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda

ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir
əvvəlcə gizlənir biraz keçir iylənir
üstü açılır hər zibilin sonra da gileylənir
şardır cəmiyyət, içi də boşdur, host batıracaq iynəni

biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz
çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozdunuz
yüz maneə qursanız da, host dəhlizi sonsuz
tərbiyəli bir cəmiyyət var idi (onu da siz pozdunuz!)
[nəqərat] [qaraqan]
tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə

tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə

[bənd 3] [aid]
hummer-də gəzən də indi deyingəndir zəmanədən
ən öndə gedən də indi tez-tez dönür əqidədən
əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq
guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq

biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda
insanların sancarıq biz döyünməyən ürəyindən
kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə
dünya əlini üzməyibdir host adlı köməyindən

nəfəs alma, saxla gözlərində qalsın eyni an
pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran
həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan
misralarımız ürək bağçasında zəhərli bir tikan
dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla
acı həqiqəti de zarafatla, öz yolunda döngə ol
ya sən bugünkü gün dərdlərinin bir düşməni
ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol

[nəqərat] [qaraqan]
tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə

tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə
düz söz güzgüsü nəyi göstərir?
onu çatlatmayın, səhv özünüzdə

tərbiyəsiz cəmiyyətə host şilləsi
hələ çox qalacaq izi üzünüzdə

letras aleatórias

MAIS ACESSADOS

Loading...