letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mən - eqo

Loading...

[bənd 1]
bu “track” məndən danışır, lazımdır səmimiyyət
hər nota düşən qafiyə bir etiraf, həqiqət
90-cı il 9 may, günlərdən qələbə
doğulduğum tarix bəlkə də ilk məğlubiyyət
şükür allaha, ailəm salamatdır və yanımdadır
keçmişin acı günləri, ağrısı canımdadır
uşaqlıqda zəif biri olduğumu çox adam bilir
neçə dəfə dərsə ac getməyim hələ də yadımdadır
məcburiyyət, oğurluq – buna görə utanırdım
axtarırdım, tapırdım, alüminium, mis satırdım
pul yığırdım ən böyük arzularıma çatmaq üçün
çünki o vaxt dərslik kitabları pulla alınırdı
və beləcə böyüyürdüm, həvəsdən düşməmişdim
çətinlik mübarizə əzmimi yıxa bilməmişdi
indi yüksəklərdə olmasam belə, bu həqiqətdir
çoxusu mən çıxan zirvələrə çıxa bilməmişdi

[nəqarət]
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni seçsə də
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni seçsə də
[bənd 2]
2004 sentyabr – evdən uzaqlaşdım
hərbi həyat seçib azadlığımla vidalaşdım
kursantlıq illəri, karyera, uğurlu addımlar
əslində bu həyat mənlik deyildi, anlamışdım
2007, bakı – hədəflər böyüyürdü
amma qəlbim musiqi, rap, “beat”lə döyünürdü
ya “leytenant rəcəbli”, ya “eqo”nu seçməliyəm
2010, 20 may – mən artıq hərbiçi deyiləm
nə də ki peşman deyiləm, həyatım davam eliyir
düzdür, problemlərim ömrümü talan eliyir
amma buna baxmayaraq, nə qədər yıxılsam da
qələbəni yıxılan yox, sonda ayağa duran eliyir
və bu gün yaş 25, “cavandır” deyib keçmə!
uğur dalınca qaçıram, uğursuzluq deyil vecimə
əlinizdə olanların dəyərini yaxşı bilin!
inanın, “rap”dən başqa əlimdə yoxdur heç nə!

[nəqarət]
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni seçsə də
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni sеçsə də
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni sеçsə də
illər keçsə də, kimlər getsə də
mən getmədim və hələ burdayam
mən “rap”i yox, “rap” məni seçsə də

letras aleatórias

MAIS ACESSADOS

Loading...