letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de drek - daim hərəkətdə - d rek

Loading...

[verse 1 ]

bizə artıq heç nə lazım deyil
biz artıq heç nə istəmirik
biz hələ də ölümə hazır deyilik
bunu gizlətmirik

ev, iş, vərdiş, çəkiliş, fərdi iş – təkrar, ey
çək, iç, hər gic, şər dinc, fənd bic – tək qal, ey_

[hook]

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə

[verse 2]

yağışdan yağmura
ağda xeyir yox, ağı burax
söhbət varsa – qapıda durma
keç otur, çixart araq vuraq_

bunu hamı bilir mikrorayonda
sərxoş gecədi ayıldan
yenə bütün məhəllə bayırda
məqsəd eyni, amma ayrı dad_

bitmir vaxt
öldürürük, amma bitmir, a
dostları bir-bir itirdik
tələsir zamanın ritmi, a_

bu gün qardı, sabah gün çıxır
yüngül siqaret tünd çıxır
oyuna girəndə bu cibi dolu idi
amma oyundan çıxanda lüt çıxır_

yeni büdd çıxır hər gün
biz isə “ghetto”-da didərgin
ümid yox, di gəl ki
üzdə də yox ifadə gərgin_

burda bacar qazan sağ qal
nə söz keçir, nə saqqal
bura cəngəllikdi daşdan
yıxıldınsa, dur və başdan başda

[hook ]

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə

[verse 3]

ətrafım acdı, pul istəyir
amma sistem özünə qul istəyir
bilmirəm sən nə istəyirsən
amma bakı comərd quldur istəyir_

bakı bul istəyir, bakı xul istəyir
bakı çeynəməyə məhsul istəyir
bu qədər baş verənlərə
bakı cavab verən məsul istəyir_

əldə dəmirdən qolbaq
biz bu işdə hamımız ortaq
boyunda xalta, dil üstdə balta
amma qarışıb qana torpaq_

özüvü cirma çox sakit ol
vaxt bitən deyil, hakim o
lakin, ta ki, davam eləyir
sən baxmalısan bu lal kinoya

[hook]

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə

letras aleatórias

MAIS ACESSADOS

Loading...